Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi ilə əlaqədar tədbir keçirildi

12 noyabr 2025 | 12:49

          12 noyabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi ilə əlaqədar tədbir keçirilib.  

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları və rayon ziyalıları iştirak edib.

          Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, bu il Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmişdir. Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

          Daha sonra Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, rayon ziyalısı Hakim Nəcəfov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar rayon Qazyan kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Aynur Yusifova, Ucar şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Gülçöhrə Xəlilova, Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin kitabxanaçısı Yaqut Tağızadə mövzu ətrafında çıxış etdilər.

Keçidlər