Ucar rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi keçirilmişdir.
04 iyun 2026-cı il tarixdə Ucar rayonu İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov, Aparatın məsul əməkdaşları, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, aidiyyəti üzrə idarə müəssisə və təşkilat rəhbərləri, həmçinin fermerlər iştirak etmişlər.
İştirakçılar cənab Prezident tərəfindən qəbul edilmiş Dövlət Proqramının əhəmiyyətindən və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində tam zamanında atılmış addım kimi qiymətləndirərək, proqramın tələblərindən irəli gələn vəzifələr və görüləcək işlər ətraflı müzakirə edilmiş, bu sahədə prioritet istiqamətlərin rayonun iqtisadi resurslarından tam səmərəli istifadə olunması yeni innovasiyaların tətbiqi və beləliklədə əhalinin ərzaq məhsullarının tələbatının təmin edilməsi, ixrac yönümlü rəqabətə davamlı məhsul istehsalının artırılması yolları ətraflı təhlil olunmuşdur.






