Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı qeyd olundu

01 oktyabr 2026 | 12:10

          01 oktyabr 2026-ci il tarixdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Rayon Prokurorluğunun əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzdülər və xatirəsini yad etdilər.

          Bu il prokurorluq orqanlarının yaranmasının 108-ci ili tamam olur.

          Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Keçidlər