Ucar rayonunda Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən şəhərsalma və memarlıq sahəsində növbəti ictimai maarifləndirmə tədbiri keçirildi
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2026-cı il tarixli 912 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın ikinci bəndinə əsasən şəhərsalma və memarlıq sahəsində ictimai maarifləndirmə tədbiri həyata keçirildi. “Azərbaycanda həyata keçirilən müasir şəhərsalma siyasəti ölkəmizin dayanıqlı inkişafının parlaq təzahürüdür” mövzusunda Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə keçirilən dəyirmi masada iştirak edən idarə, təşkilat rəhbərlərinə, rayon ictimaiyyət nümayəndələrinə Azərbaycanda şəhərsalma fəaliyyətinin təkcə cari ehtiyaclara deyil, uzunmüddətli strateji sənədlərə əsaslanması, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin 4 və 5-ci bölmələrinin əhəmiyyəti barədə ətraflı məlumat verildi.
Ucar Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov keçən dövr ərzində görülən işlər barədə məlumat verərək qeyd etdi ki, tədbirlər planına uyğun olaraq Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 209-cu kilometrliyində Ucar rayonunun giriş qapısı, 241-ci kilometrliyində Ucar şəhərinin ünvan göstəricisi əsaslı təmir edilmişdir. Ucar şəhərinin Heydər Əliyev prospektində 200 ədəd, 20 Yanvar küçəsində, Bayraq muzeyi və şəhidlər xiyabanı ərazisində 400 ədəd eldar şamı əkilmiş, Ucar şəhərinin Heydər Əliyev parkında fantanların bərpası və parkda əsaslı təmir işləri, Rəsul Rza küçəsində abadlıq işləri başa çatdırılmış, Ucar şəhərinin Heydər Əliyev prospekti 111 saylı ünvanda “Sağlam məhəllə “layihəsi çərçivədində açıq idman meydançalarının tikintisi, Heydər Əliyev prospektində yerləşən şəhidlər abidə kompleksində əsaslı təmir işləri və yaşayış binalarının həyətində aparılan abadlıq işləri davam etdirildiyini bildirmişdir.






