Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələr müzakirə olunub

09 iyul 2026 | 13:57

         09 iyul 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrə həsr olunmuş tədbir keçirilib.

         Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər, fermerlər və sahibkarlar iştirak etmişlər.

         Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov respublikamızda qeyri-neft sənayesinin, xüsusilə aqrar sektorun dinamik inkişafının dövlət siyasətinin strateji prioritetlərindən birini təşkil etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkə rəhbəri tərəfindən imzalanan bu mühüm sənəd daxili bazarın yerli məhsullarla təminatını gücləndirməklə yanaşı, regionlarda məşğulluq və özüntəminetmə səviyyəsinin yüksəldilməsinə və ixrac potensialının çoxşaxəli inkişafına xidmət edir.

         Rayon rəhbəri qeyd edib ki, növbəti beşilliyi əhatə edən Dövlət Proqramı aqrar sahədə keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaq, xammal istehsalından rəqabətədavamlı emal sənayesinin qurulmasınadək böyük bir zəncirin formalaşmasına hüquqi və iqtisadi zəmin yaradacaqdır. Bunun sayəsində rayonda iqtisadi fəallıq artacaq, yeni iş yerləri açılacaq və yerli istehsal hesabına idxaldan asılılıq minimuma enəcəkdir.

         Tədbirdə Dövlət Proqramının Ucar rayonunda rayonunda icrası ilə bağlı görüləcək işlər geniş müzakirə olunmuş, qarşıya qoyulan vəzifələr, məqsəd və hədəflər diqqətə çatdırılmış, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyələr və tapşırıqlar verilmişdir. Qeyd olunmuşdur ki, aqrar sahənin resurs təminatının gücləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadənin təşviqi, aqrar təhsil, elm və innovasiya sahələrinin inkişaf etdirilməsi, subsidiya və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi kimi mühüm tədbirlərin həyata keçirilməsini nəzərdə tutan dövlət proqramının icrasından irəli gələn vəzifələrlə bağlı yerlərdə ciddi və operativ işlər aparılmalı, aidiyyəti strukturlarla tam koordinasiyalı fəaliyyət göstərilməlidir.

Keçidlər