Ucar rayonunda “Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətinin İş Planına əsasən 13 aprel 2023-cü il tarixdə Ucar şəhəri Heydər Əliyev Mərkəzində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin, Ucar Rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Ucar Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, rayonda fəaliyyət göstərən idarələrin və qeyri hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “İnsan alverinin qarşısının alınması və profilaktikası”, “İnsan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi”, “Uşaq nikahlarının qarşısının alınması”, “Uşaqların təhsildən yayınması və baxımsızlığının qarşısının alınması” və “Ailələrdə məişət zorakılığı hallarının baş vermə səbəbləri” mövzularında dəyirmi masa keçirilmişdir.
Tədbirdə əlaqədar qurumların məsul şəxsləri mövzulara uyğun çıxışlar edərək iştirakçılarla diskussiyalar aparılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmiş və iştirakçıların maarifləndirilməsi təmin olunmuşdur.