Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

08 may 2026 | 15:28

         08 may 2026-cı il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

         Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, rayon ziyalıları iştirak edib.

         Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

         Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətimiz qarşısında tarixi xidmətlərindən bəhs edib. Qeyd edib ki, 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Azərbaycanı müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib.

         Ümummilli Liderin ölkəmizin tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək əzmkarlıqla davam etdirilir. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində, lokal antiterror tədbirlərində tarixi qələbələr qazanılıb, torpaqlarımız düşməndən azad edilib, müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunub.

         Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları rayon şöbəsinin sədri Niyaz Xəlilov, şəhid anası Xəysə Cavadova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin poliklinika şöbəsinin müdiri Novella Sultanova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Anar Misirov, Ucar şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Elvin Abdulov mövzu ətrafında çıxış etdilər

         Tədbirin bədii hissəsi müxtəlif kompozisiyalarla davam etdirilib.

Keçidlər