Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir keçirildi

27 aprel 2023 | 14:11

          Ucar rayonunda Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir keçirilib.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini xanım Jalə Əliyeva, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları iştirak edib.

          Tədbiri giriş sözü ilə açan Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünyada öz layiqli yerini tutmasından bəhs etdi.

          O qeyd etdi ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhrandan çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir.

          Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Ulu Öndərin siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

          Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini xanım Jalə Əliyeva, Qarabağ əlilləri və Şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar Rayon Təhsil sektorunun müdiri Rahib Bürcəliyev, Ucar şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Coşqun Nəsibli mövzu ətrafında çıxış etdilər.

Keçidlər