Ucar rayonunda “Beynəlxalq gender əsaslı mübarizə kompaniyası” və Məişət zorakılığı ilə mübarizə” mövzularında tədbir keçirilmişdir
28 noyabr 2022-ci il tarixdə Ucar Gənclər Evi SXM-nin inzibati binasında Ucar Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun hüquq mühafizə orqanlarının, ümumtəhsil məktəblərinin psixoloq müəllimlərinin, səhiyyə işçilərinin, rayon gənclərinin və digər əlaqədar qurumların məsul şəxslərinin iştirakı ilə “Məişət zorakılığının qarşısının alinması” haqqında Azərbyacan Respublikasının Qanunun icrası ilə bağlı hər il 25 noyabr-10 dekabr 2022-ci il tarixlərdə nəzərdə tutulmuş ”Beynəlxalq gender əsaslı mübarizə kampaniyası” çərçivəsində rayonda tədbir keçirilmişdir. Tədbirdə məişət zorakılığına məruz qalmış şəxslərə xidmət göstərilməsi ilə bağlı 012-860 nömrəli ixtisaslaşdırılmış milli qaynar xəttin və Ucar Rayon İcra Hakimiyyətində məişət zorakılığına məruz qalmış şəxslərə hərtərəfli xidmətlərin göstərilməsi məqsədilə onlara anında məsləhətin verilməsi ilə bağlı 020-21-3-29-45 nömrəli qaynar xəttin yaradılması barədə məlumatlar verilmişdir. Tədbirdə Ucar Rayonu İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri X.Səmədzadə, “Ucar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin” hüquqşunası A.Novruzov, Ucar Rayon Polis Şöbəsinin YYÇPİTQ-nun inspektoru X.Vahidov, Dini Qurumlarla İş üzrə Dövlət Komtisənin Ucar bölgəsi üzrə şöbənin əməkdaşı R.Nəsirov və 1 nömrəli məktəb liseyin psixoloq müəlliməsi S.Soltanova çıxışlar edərək mövzu ilə bağlı tədbir iştirakçılarına geniş məlumatlar vermiş və tədbir iştirakçılarının maarifləndirlməsi təmin olunmuşdur.