Ucar rayonunda “Çətin həyat şəraitinə düşmə riski olan ailələrdə böyüyən uşaqlarla aparılan işin təkmilləşdirilməsi" mövzusunda tədbir keçirilmişdir
28 avqust 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planının 8.5.2-ci “Çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması məqsədilə beynəlxalq təcrübənin, innovativ texnoloji həllərin öyrənilməsi və tətbiqi ilə əlaqədar tədbirlərin görülməsi” bəndinin icrası ilə əlaqədar "Çətin həyat şəraitinə düşmə riski olan ailələrdə böyüyən uşaqlarla aparılan işin təkmilləşdirilməsi " mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin psixoloqları, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülşad Əliyeva açaraq mövzu barəsində məlumat verdi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının aparıcı məsləhətçisi-Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsləhətçi-psixoloqu Sevil Zeynalova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemininin direktoru Bəsirə Abbasova, Ucar şəhər 1 nömrəli məktəb-liseyin psixoloqu Sədaqət Soltanova, Ucar şəhər 3 nömrəli tam orta məktəbin psixoloqu Ofelya Əşrəfova mövzu ətrafında çıxış etdilər.