Ucar rayonunda dövlət qulluqçuları üçün təlim keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 3.1.9-cu fəaliyyət istiqamətlərinin 1-3-cü bəndlərində nəzərdə tutulmuş qrafik üzrə Ucar rayonunda fəaliyyət göstərən dövlət qulluqçuları üçün 22, 23 və 25 oktyabr 2024-cü il tarixlərdə təlimlər keçirilmişdir.
Dövlət İmtahan Mərkəzinin əməkdaşları Zinyət Əmirova, Gündüz Əhmədli, Elnur Abbasov tərəfindən keçirilən “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə”, “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili”, Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzularında təlimlərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə yanaşı rayonda müxtəlif sahələrdə çalışan dövlət qulluqçuları iştirak etmişdir. Təlimlərin gedişində iştirakçılara mövzular çərçivəsində məlumat verilmiş, müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.