Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı günü və Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü qeyd edildi.

28 mart 2026 | 11:21

          28 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı günü və Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Ucar Rayon şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzdülər və xatirəsini yad etdilər.

          Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis olunub.

Keçidlər