Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində valideynlər, xüsusən atalar üçün maarifləndirici görüş keçirilmişdir

12 aprel 2023 | 15:21

          Ucar rayonunda 12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində valideynlər, xüsusən atalar üçün maarifləndirici görüş keçirilmişdir.

          Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin Ailə problemləri sektorunun baş məsləhətçisi (psixoloqu) Rövşən Nəcəfov, “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov, Ucar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon sakinləri iştirak ediblər.

          Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açdı.

          Mövzu ətrafında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin Ailə problemləri sektorunun baş məsləhətçisi (psixoloqu) Rövşən Nəcəfov, “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov çıxış etdilər.

          Daha sonra mövzu ətrafında rayon sakinləri ilə fikir mübadiləsi aparıldı.

Keçidlər