Ucar rayonunda “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun” təşkilatçılığı və digər əlaqədar dövlət qurumlarının iştirakı ilə Ucar Gənclər Evi Sosial Xidmət Müəssisəsinin inzibati binasında Ucar rayonunda “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində 01 dekabr 2023-cü il tarixdə maarifləndirmə tədbiri keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Rayon hüquq mühafizə orqanlarının və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri iştirak etmişlər. Tədbiri Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə açaraq ölkəmizdə “Gender əsaslı zorakılıq hallarının qarşısının alınması” ilə bağlı qəbul edilmiş qanunvericilik aktları və görülmüş işlər barədə iştirakçılara məlumat vermişdir. Tədbirdə mövzu ətrafında Ucar Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Ülvi Cəbrayılzadə, Ucar Rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə əməkdaşı Rauf Nəsirov, Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova və Ucar şəhər 1 nömrəli məktəb liseyin psixoloq müəlliməsi Sədaqət Soltanova çıxışlar etmişlər. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, psixoloq müəllimlərlə ailələrdə uşaqlara qarşı zorakılıq halları, məişət zorakılığının və gender əsaslı zorakılıq hallarının qarşısının alınması ilə bağlı diskussiyalar aparılmışdır. Tədbirin sonunda bu sahədə görüləcək işlərin və maarifləndirmə tədbirlərinin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.