Ucar rayonunda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda 02 dekabr 2024-cü il tarixdə maarifləndirici tədbir keçirilmişdir. Tədbiri Rayon İcra Hakimiyyəti Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq bu sahədə görülmüş işlər barədə məlumat vermişdir.
Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb liseyin psixoloqu Sədaqət Soltanova, Rayon Polis Şöbəsinin təşkilatı inspektor qrupunun baş inspektoru Saleh Muştaqov, Rayon Prokurorunun köməkçisi Əsab Musazadə, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar “Gənclər evi” sosial xidmət müəssisəsinin metodisti Ləman Xəlilullahzadə və Ucar şəhər 3 nömrəli tam orta məktəbin psixoloqu Ofeliya Əşrəfova çıxış edərək məişət zorakılığının yaranma səbəbləri, qadınlara qarşı zorakılıq, gender əsaslı zorakılıqla mübarizə, ailələrdə məişət zorakılığı hallarının qarşısının alınması və məişət zorakılığına məruz qalmış şəxslərin hüquq və mənafelərinin qorunması, erkən nikah hallarının qarşısının alınması ilə bağlı tədbir iştirakçılarına məlumatlar vermişlər. Tədbirin sonunda məişət zorakılığının və gender əsaslı zorakılıq hallarının qarşısının alınması ilə bağlı birgə fəaliyyətin gücləndirilməsi və 2025-ci ildə də Ucar Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirici qrupu tərəfindən yerlərdə mütəmadi maarifləndirmə işlərinin təşkil edilməsi nəzərdə tutulmuşdur.