Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilmişdir

04 dekabr 2025 | 12:34

          04 dekabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

          Tədbiri Ucar Rayon İcra Hakimiyyəti Başçının müavini-Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Aidə Qəhrəmanova açaraq bu sahədə görülmüş işlər barədə məlumat vermişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Qumru Kamal, Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Ucar Rayon Polis Şöbəsinin əməkdaşı Xəqani Vahidov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asif Həmidov, Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin psixoloqu Gülər İsmayılova məişət zorakılığının yaranma səbəbləri, gender əsaslı zorakılıqla mübarizə, ailələrdə məişət zorakılığı hallarının qarşısının alınması, məişət zorakılığına məruz qalmış şəxslərin hüquq və mənafelərinin qorunması, erkən nikah hallarının qarşısının alınması ilə bağlı çıxışlar etmişlər.

Keçidlər