Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

26 aprel 2024 | 14:28

          26 aprel 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyəti və “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

          Əvvəlcə tədbir iştirakçıları Akademik Zərifə xanım Əliyevanın Qazıqumlaq Ailə Sağlamlıq Mərkəzinin həyətində olan büstü önünə gül-çiçək dəstələri qoydular.

          Tədbiri giriş sözü ilə açan Ucar Rayon İcra Hakimiyyətinin Başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vaqif Mehdiyev qeyd etdi ki, hər bir xalqın tarixində, elmində mühüm rol oynamış şəxsiyyətlər vardır ki, illər keçdikcə onlar nəinki unudulur, əksinə daha böyük hörmət və ehtiramla yad olunur, həyatı, yaradıcılığı və elmi irsi insanlar tərəfindən diqqətlə araşdırılır və öyrənilir. Belə şəxsiyyətlərdən biri Azərbaycanın tibb elmində və ictimai-siyasi həyatında böyük yeri olan görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevadır.

          1923-cü il aprel ayının 28-də dünyaya göz açan Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin tarixində silinməz iz qoymağı bacardı. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Zərifə xanım Əliyevanın zəngin irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

          Tədbirdə “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş həkimi Elman Xəlilov, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkim-oftalmoloqu Fatma Hacıyeva çıxış etdilər.

Keçidlər