Ucar rayonunda Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
28 aprel 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti və “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Akademik Zərifə xanım Əliyevanın Qazıqumlaq Ailə Sağlamlıq Mərkəzinin həyətində olan büstü önünə gül-çiçək dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan Ucar Rayon İcra Hakimiyyətinin Başçısının müavini–ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova qeyd etdi ki, 1923-cü il aprel ayının 28-də dünyaya göz açan Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin tarixində silinməz iz qoymağı bacardı. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Zərifə xanım Əliyevanın zəngin irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Tədbirdə “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru İlqar Mustafayev, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Pediatriya şöbəsinin müdiri Səidə Ələkbərova çıxış etdilər.