Ucar rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa edilmiş Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin binası istifadəyə verilib
Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin “1958-1960-cı illərdə inşa olunan binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdür.
Bu səbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 720 şagirdlik yeni məktəb binasının inşasına başlanılıb. Tikintisi 2025-ci ilin dekabr ayında başa çatan məktəb 3 mərtəbəli və 5 korpusludur.
Təhsil ocağının fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib. Şagird və müəllimlərin istifadəsinə verilən sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter, hərbi-hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları və açıq idman meydançası tədrisin yüksək səviyyədə keçməsini təmin edəcək. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.






