Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Heydər Əliyev İli” çərçivəsində 01 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi

01 iyun 2023 | 13:26

01 iyun 2023-cü il tarixdə Ucar Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində 01 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilmişdir.

Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, rayonun ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin işçiləri, rayon ictimaiyyəti, şəhid övladları, sağlamlıq imkanları məhdud olan uşaqlar, həmçinin rayonun müxtəlif təhsil müəssisələrini təmsil edən uşaqlar iştirak etmişdir.

Əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Tədbirdə çıxış edən Ucar Rayon İcra Hakimiyyəti Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova uşaqları təbrik edərək bu gün ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların sağlam böyüməsi və inkişafı üçün yaradılmış şəraitdən danışıb.

Sonra tədbir uşaqların ifasında hazırlanan rəngarəng mahnılar, kompozisiyalar və rəqslərlə davam edib.

Keçidlər