Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü mövzusunda tədbir keçirildi

27 aprel 2023 | 13:58

          Ucar rayonunda Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini xanım Jalə Əliyeva, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları iştirak edib.

          Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyuldu.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir.

          Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Ulu Öndərin siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

          Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini xanım Jalə Əliyeva, ziyalı Hakim Nəcəfov, Boyat kənd tam orta məktəbin tarix müəllimi Aynur Yusifova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon şöbəsinin sədri Niyaz Xəlilov, Ucar şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Elvin Abdulov mövzu ətrafında çıxış etdilər.

Keçidlər