Ucar rayonunda “Heyvanların identifikasiyası və qeydiyyatı işlərinin təşkili” mövzusunda müşavirə keçirilib
20 sentyabr 2024 | 11:59
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Ucar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar rayonunda 20 sentyabr 2024-cü il tarixində “Heyvanların identifikasiyası və qeydiyyatı işlərinin təşkili” mövzusunda müşavirə keçirilmişdir.
Müşavirədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev, Ucar rayon İcra Hakimiyyəti Başçısı Aparatı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Ucar RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və digər aidiyyəti şəxslər iştirak etmişlər.