Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Himayədar ailə institutunun hədəfləri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

27 avqust 2024 | 15:19

          27 avqust 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Gənclər Evində “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planının 8.5.2-ci “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” bəndinin icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin Aran regional filialının məsul əməkdaşı, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

          Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şükür Məmmədov açaraq qeyd etdi ki, ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi dövlətimizin prioritet sahələrindən biridir. Tədbirdə himayədar ailə institutunun inkişaf hədəflərindən söhbət açılıb, “Himayədar ailə” qayğı modelinin tətbiqi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Qeyd edilib ki, məqsəd valideyn himayəsindən məhrum olan uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə şərait yaratmaqdır.

          Uşaqların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı müzakirələr aparılıb, yolverilməzliyi diqqətə çatdırılıb.

          Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Aran regional filialının aparıcı mütəxəssisi Elşad Nəcəfov, Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bölgə üzrə əməkdaşı Rauf Nəsirov və Rayon Tarix-Diyarşünaslıq Muzeyinin işçisi Vəfa Hüseynova mövzu ətrafında çıxış etdilər.

Keçidlər