Ucar rayonunda “Himayədar ailə institutunun hədəfləri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
12 sentyabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planının 8.5.2-ci “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” bəndinin icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülşad Əliyeva açaraq qeyd etdi ki, himayədar ailə institutu uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olmaqla, dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə onların ailə mühitində yaşamaları və inkişafına şərait yaradılmasını nəzərdə tutur. Qeyd olunub ki, məqsəd valideyn himayəsindən məhrum olan uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə şərait yaratmaqdır.
Daha sonra Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi Qumru Kamal, Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Əsmər Ələkbərzadə. Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Aynur Abdullayeva mövzu ətrafında çıxış etdilər.






