Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda İnsan hüquqları aylığı çərçivəsində “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

22 may 2025 | 12:28

          Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsinin təşəbbüsü ilə Ucar “Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin inzibati binasında “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” mövzusunda 22 may 2025-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Yevlax Regional Miqrasiya İdarəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin rəisi Hüseyn Qocamanov, Yevlax Regional Miqrasiya İdarəsinin Miqrasiya rejiminə nəzarət şöbəsinin rəisi Seymur Qasımov, Yevlax Regional Miqrasiya İdarəsinin yerləşdirmə mərkəzinin baş inspektoru Rəşad Hacıyev, Rayon Polis Şöbəsinin təşkilatı inspektor qrupunun baş inspektoru Saleh Muştaqov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay Regional Bölməsinin aparıcı məsləhətçisi Rauf Nəsirov, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon şöbəsinin sədri Niyaz Xəlilov çıxışlar edərək insan hüquq və azadlıqlarının qorunması, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri onların qeydiyyata alınmaları, miqrantların qanunsuz əməyə cəlb edilmələri, miqrantların könüllü və məcburi şəkildə müvəqqəti yerləşdirmə qaydaları və bu sahədə qəbul edilmiş qanunvericilik barədə tədbir iştirakçılarına məlumatlar verilmişdir. Tədbir iştirakçıları ilə mövzuya uyğun müzakirələr aparılmış, onların maarifləndirilməsi təmin olunaraq mövzulara uyğun sualları cavablandırılmışdır.

#HumanRightsMonth

#InsanHüquqlarıAylığı

Keçidlər