Ucar rayonunda Kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub
01 noyabr 2025 | 12:04
01 noyabr 2025-ci il tarixdə 1 noyabr – Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı münasibətilə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzdülər və xatirəsini yad etdilər.
Prezident İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə “Kənd Təsərrüfatı İşçiləri Günü” kimi qeyd olunur.






