Ucar rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
13 mart 2025 | 14:33
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.
Ucar rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12-13 mart 2025-ci il tarixlərində ağacəkmə aksiyası keçirilib.
Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, idarə və müəssisələrin kollektivlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ağacəkmə aksiyasında Ucar şəhəri ərazisində 1500-ə yaxın ağac əkilib.