Ucar rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində maarifləndirici tədbir keçirmişdir
Rayon İcra Hakimiyyətinin inzibati binasında 18 avqust 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş maarifləndirici tədbir keçirmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülşad Əliyeva açaraq qeyd etdi ki, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin, müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazasıdır. Qeyd edilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir.
Daha sonra tədbirdə iştirak edən rayon ziyalıları mövzu ətrafında çıxış etdilər.






