Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi

11 dekabr 2025 | 14:21

          11 dekabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində dəyirmi masa təşkil olunmuşdur.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şükür Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində formalaşmış fundamental bir sənəddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik zəfər olmaqla Konstitusiyamızın məqsədlərinə uyğun olaraq dövlətimizin tam suverenliyinin təmininə xidmət etmişdir.

          Daha sonra Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Tamara Mirişli, Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin tarix müəllimləri Fəridə Hüseynova və Rəhimə Mütəllimova mövzu ətrafında çıxış etdilər.

Keçidlər