Ucar rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi
03 sentybr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Gənclər Evində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak edib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülşad Əliyeva çıxış edərək qeyd etdi ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir.
Daha sonra Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Ülkər İsmayılova, Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 36 saylı Qazıqumlaq kənd kitabxanasının filial müdiri Aysel Vəzirova mövzu ətrafında çıxış etdilər.






