Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi

17 aprel 2025 | 12:51

          17 aprel 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ucar Gənclər Evi” Sosial Xidmət Müəssisəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və rayon ziyalıları iştirak edib.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şükür Məmmədov çıxış edərək 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsinin ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

          Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Aysel Həziyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay Regional bölməsinin əməkdaşı Rauf Nəsirov mövzu ətrafında çıxış etdilər.

Keçidlər