Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi

12 mart 2025 | 17:37

          12 mart 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və rayon ziyalıları iştirak edib.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova çıxış edərək qeyd etdi ki, 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıyır. Bu il müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 ili, Vətən müharibəsində qələbəmizin 5 ili tamam olur.

          Ulu Öndər Heydər Əliyevin dövlətçilik, müstəqillik və hüquq sahələrindəki irsini, onun Azərbaycanın gələcək nəsilləri üçün yaratdığı əhəmiyyətli töhfələri vurğulayaraq Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının ölkəmizin suverenliyini qorumağa və demokratik prinsiplərə əsaslandığından söhbət açıb. Bu prinsiplərin qorunması, sabit və müstəqil bir dövlətin davamlılığını təmin etməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri geniş vurğulanıb.

          Daha sonra rayon ziyalısı Hakim Nəcəfov, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar şəhər 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Fatma Abbasova, Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Ucar Rayon Məhkəməsinin sədrinin köməkçisi Seyfəddin Məmmədov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov mövzu ətrafında çıxış etdilər.

Keçidlər