Ucar rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi
25 iyul 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Rayon İcra Hakimiyyətində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və rayon ziyalıları iştirak edib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə çıxış edərək qeyd etdi ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Azərbaycan Respublikası özünün milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir. Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Daha sonra rayon ziyalısı Hakim Nəcəfov, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi Qumru Kamal, Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qazıqumlaq kənd filialının müdiri Aysel Vəzirova, Ucar şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Ülkər İsmayılova mövzu ətrafında çıxış etdilər.






