Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Konstitusiya və Suverenlik İli”çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

17 oktyabr 2025 | 13:04

          17 oktyabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Gənclər Evində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və rayon ziyalıları iştirak edib.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şükür Məmmədov çıxış edərək qeyd etdi ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir.

          Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölməsinin aparıcı məsləhətçisi Rauf Nəsirov, Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin direktoru İlhamə Bayramova, Ucar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbin tarix müəllimi Günel Hacıyeva, Ucar şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbin tarix müəllimi Aysel Həmidova və Ucar “Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Ramin Hüseynov mövzu ətrafında çıxış etdilər.

Keçidlər