Ucar rayonunda Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının təşəbbüsü ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı üzrə Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının sədri Əliş Cəbrayılov iclası açaraq iştirakçılara 2024-cü ildə və 2025-ci ilin 3 ayı ərzində Ucar rayonunda rayon komissiyası ilə əlaqədar qurumlar tərəfindən keçirilmiş tədbirlər və aparılmış maarifləndirmə işləri ilə bağlı məlumat vermişdir. Ə.Cəbrayılov tədbir iştirakçılarına korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin mütəmadi xarakter almasını, dövlət və bələdiyyə orqanlarının öz internet və sosial şəbəkə səhifələrindən korrupsiyaya qarşı mübarizə ilə əlaqədar xüsusi buraxılışların, ictimai müzakirələrin təşkil edilməsinin, korrupsiya hüquqpozmaları ilə bağlı videoçarxların və bukletlərin hazırlanaraq əhali arasında yayılmasının, dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslərin, büdcə təşkilatlarının, eləcə də tibb və təhsil işçiləri arasında antikorrupsiya davranış modelinin formalaşdırılmasının, bələdiyyələrin elektron poçt vasitəsi ilə vətəndaşların müraciətlərinin qeydə alınmasının və cavablandırılmasının, Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın fəaliyyətinin və gördüyü işlərin elektron informasiya vasitələrində işıqlandırılmasının vacib olduğunu vurğulayaraq qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və mütəmadi olaraq zəruri tədbirlərin davam etdirilməsini bildirmişdir.
İclasda Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının üzvü Vaqif Mehdiyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tədbirlər Planının 4.11-ci bəndinin icrasını təmin etmək məqsədilə sürətli kommunikasiya və rəqəmsal idarəetmə sistemi qurulması, ictimai işlərin təşkilində şəffaflığın təmin edilməsi üçün “Haqqı ödənilən ictimai işlər Portalı” yaradılması və həmin Portalın yaradılmasının məqsədi, bələdiyyələrin vətəndaşların müraciətlərinə düzgün baxılması və elektron poçtların yaradılması ilə bağlı, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri, korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının katibi Xəyyam Səmədzadə 2024-cü ildə və 2025-ci ilin 3 ayı ərzində komissiya tərəfindən görülmüş işlər, yerlərdə keçirilmiş maarifləndirmə tədbirləri, videoçarxların hazırlanması və yerlərdə bukletlərin hazırlanaraq paylanılması ilə bağlı, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsinin müdiri-baş memarı Nazir Abdıyev Dövlət və bələdiyyə torpaq sahələrinin icarəyə və mülkiyyətə verilməsi, icarə müddətlərinin uzadılması, kateqoriyasının dəyişdirilməsi proseslərinin elektronlaşdırılması və tikintisi başa çatmış tikintilərə istismar aktının elektron müraciət əsasında verilməsi barədə, Ucar Rayon İcra Hakimiyyəti Başçısı yanında ictimai şuranın sədri, rayon komissiyasının üzvü Mirzalı Ağamalıyev ictimai şuranın görüdüyü işlər, vətəndaşların problemlərinin öyrənilməsi və bununla əlaqədar aidiyyəti qurumlara müraciətlər göndərilməsini təmin edilərək yaranmış problemlərin həllində yaxından iştirak edəcəkləri və qarşıda duran vəzifələrin yerinə yetiriləcəyi barədə tədbir iştirakçılarına məlumatlar vermişlər.
İclasda korrupsiya risklərinin minimuma endirilməsi və iş fəaliyyətində korrupsiya hallarının qarşısının alınması ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar Rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Zaur Rüstəmov təhsil sahəsində “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ümumi şöbəsinin müdiri Abdulla Novruzov səhiyyə sahəsində, Ucar rayon Mədəniyyət mərkəzinin direktoru Tacəddin Mehdizadə mədəniyyət sahəsində, Qazyan, Lək, Bərgüşad-Yuxarı Şilyan, Qaracallı bələdiyyələrinin sədrləri bələdiyyələrin fəaliyyəti ilə bağlı, Rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi isə nümayəndəliklərdə bu sahədə görülmüş işlər barədə çıxışlar etmişlər.
Çıxışlarda korrupsiya hüquqpozmaları, korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması, rayon ərazisində vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri hökumət təşkilatları ilə birlikdə maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsi, korrupsiyaya qarşı rayon komissiyası, əlaqədar qurumlar və yerli özünüidarəetmə orqanları ilə birlikdə il ərzində təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və idarələrdə antikorrupsiya davranış modelinin formalaşması, rüşvətxorluq hallarına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi əhali arasında korrupsiya hüquqpozmaları ilə bağlı ictimai müzakirələrin aparılaraq korrupsiya hüquqpozmaları ilə bağlı videoçarxların, bukletlərin hazırlanaraq əhali arasında geniş yayılmasının təşviq edilməsi barədə iştirakçılara məlumat verilmişdir. Tədbirdə həmçinin görülmüş işlər barədə rübdə bir dəfə komissiya tərəfindən müzakirələr aparılaraq hesabatların Ucar Rayon İcra Hakimiyyətinin elektron səhifəsində işıqlandırılması nəzərdə tutulmuş, bələdiyyələrin elektron poçtlarının yaradılması və elektron poçtlara daxil olan müraciətlərin vaxtında icra edilməsi nəzərdə tutulmuş iştirakçıların korrupsiya və rüşvətxorluqla mübarizənin gücləndirilməsi ilə bağlı maarifləndirilmələri təmin olunmuşdur. İclasın sonunda korrupsiyaya qarşı mübarizə üzrə Ucar rayon Komissiyanın əlaqədar qurumlarla birlikdə görəcəyi işlər və qarşıda duran vəzifələrlə bağlı qərar qəbul edilmişdir.