Ucar rayonunda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamının icrası ilə əlaqədar Ucar rayonunda Milli Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə zəruri tədbirlər davam etdirilir.
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan bəndlərin icrası ilə əlaqədar 2023-cü ildə və 2024-cü ilin birinci rübündə Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyası əlaqədar qurumlarla birlikdə zəruri tədbirləri davam etdirmişdir. Tədbirlər Planının 6.9-cu bəndinə əsasən ötən dövr ərzində dövlət orqanlarının və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin keçirilməsi, bu sahədə müxtəlif videoçarxların, bukletlərin hazırlanaraq əhali arasında yayılmasının təşviq edilməsi ilə bağlı hesabat ilində bir sıra tədbirlər həyata keçirilmişdir.
"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının icrası ilə əlaqədar rayonun təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan şəxslərin və həmin müəssisələrin rəhbərlərinin iştirakları ilə Rayon Komissiyasının İş Planına əsasən antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı daxil olmuş şikayətlərin ümumiləşdirilməsi va təhlili korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi ilə bağlı hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilən məlumatların ümumiləşdirilməsi və təhlili, israfçılığa və izafi xərclərə yol verilməməsi və büdcə vəsaitlərinin qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görülmüşdür.
Belə ki, hesabat dövründə dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qarşısının alınması ilə bağlı il ərzində Korrupsiyaya Qarşı Mübarizə üzrə Rayon Komissiyasının təşəbbüsü ilə 05 aprel 2023-cü il tarixdə “Ucar Gənclər Evi” sosial xidmət müəssisəsinin inzibati binasında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı rayonun hüquq-mühafizə orqanlarının və rayonda fəaliyyət göstərən ictimai birliklərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Rayon Komissiyasının təşəbbüsü ilə 05 aprel 2023-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin inzibati binasında, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçilərinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin, hüquq-mühafizə orqanlarının, Rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və ərazi üzrə bələdiyyə sədrlərinin iştirakı ilə komissiyanın iclası keçirilmiş və tədbir iştirakçıları korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirilmiş və iştirakçılara müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
06 aprel 2023-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin rəsmi saytında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamının icrası ilə əlaqədar Ucar rayonunda zəruri tədbirlər davam etdirilir” başlığı ilə geniş məqalə dərc olunmuşdur.
23 iyun 2023-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin inzibati binasında dövlət qulluqçuları ilə görüş keçirilmiş və görüşdə korrupsiyaya qarşı mübarizə sahəsində qarşıda duran vəzifələr müzakirə edilərək tədbir iştirakçıları maarifləndirilmiş və işdə fərqlənən dövlət qulluqçuları Fəxri Fərmanlarla təltif olunmuşdur. Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatında hər ayın yekunları ilə bağlı keçirilən müşavirələrdə aparatın vəzifəli şəxslərinə, Başçının inzibati ərazi dairəsi üzrə nümayəndələrinə və müavinlərinə fəaliyyətlərində korrupsiya risklərinin azaldılması və bu cür halların baş verməməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən xidmətlərlə əlaqədar tətbiq olunan dövlət rüsumlarının vaxtında dövlətə ödənilməsi ilə bağlı tapşırıqlar verilmişdir.
20 noyabr 2023-cü il tarixdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəliyi tərəfindən Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Korrupsiyaya qarşı birlikdə mübarizə aparaq” və 22 noyabr 2023-cü il tarixdə Rayon Mədəniyyət Mərkəzində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı maarifləndirmə tədbirləri keçirilmişdir.
22 noyabr 2023-cü il tarixdə Ucar rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə “Ucar Gənclər Evi” sosial xidmət müəssisəsinin inzibati binasında “Korrupsiyaya qarşı mübarizə və iş təcrübəsində korrupsiya risklərinin azaldılması” ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir. Keçirilən tədbirlərdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının, Ucar rayonu üzrə Gənclər və İdman sektorunun, təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan işçilərin, Rayon Ağsaqqallar Şurasının, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın nümayəndələri iştirak etmişlər. Tədbirlərdə iştirakçılara mövzularla bağlı məlumatlar verilmiş və iştirakçıların mövzulara uyğun maarifləndirilməsi təmin edilmişdir.
Ucar Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi məqsədilə həmin xidmətlərin Elektron Hökumət Portalına inteqrasiya olunmuş vahid rəqəmsal icra hakimiyyəti portalı üzərindən göstərilməsi məqsədilə Ucar Rayon İcra Hakimiyyətinin elektron poçtu və rəqəmsal icra hakimiyyəti portalı fəaliyyət göstərir.
Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslər barədə məlumatlar Rayon İcra Hakimiyyətinin internet səhifəsində dərc edilmişdir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tədbirlər Planının 4.11-ci bəndinin icrasını təmin etmək məqsədilə sürətli kommunikasiya və rəqəmsal idarəetmə sistemi qurulmuş, ictimai işlərin təşkilində şəffaflığın təmin edilməsi üçün “Haqqı ödənilən ictimai işlər Portalı” yaradılmışdır. Portalın hazırlanmasında məqsəd ölkə üzrə ictimai işlərin təşkili sahəsində vahid elektron bazanın yaradılması, işsiz və işaxtaran şəxslərin ictimai işlərə cəlb edilməsi prosesini obyektiv şəkildə təmin etməkdir.
Dövlət və bələdiyyə torpaq sahələrinin icarəyə və mülkiyyətə verilməsi, icarə müddətlərinin uzadılması, kateqoriyasının dəyişdirilməsi proseslərinin elektronlaşdırılması, bu sahədə sui-istifadə imkanlarının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ucar Ərazi şöbəsinin mütəxəssisləri tərəfindən torpaq sahələrində monitorinqlərin keçirilməsi diqqətdə saxlanılmışdır. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması üçün Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən bələdiyyələrə və digər dövlət qurumlarına müraciətlər edilmişdir.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Rayon Komissiyasının təşəbbüsü ilə Dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qarşısının alınması ilə bağlı il ərzində Rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən əlaqədar qurumlar və qeyri-hökumət təşkilatları ilə birlikdə bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə Ucar rayonu üzrə Təhsil sektorunun məsul şəxsləri və məktəb direktorları ilə, səhiyyə və mədəniyyət sahəsində, hüquq-mühafizə orqanlarında çalışan məsul şəxslərlə, Başçının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və ərazi üzrə bələdiyyə sədrləri ilə bu mövzularda görüşlər keçirilmiş və maarifləndirmə tədbirləri təşkil olunmuşdur.
2023-cü ildə görülmüş işlər 2024-cü ildə davam etdirilmiş və 2024-cü ilin birinci rübü ərzində bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, 29 yanvar 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və Başçının inzibati ərazi dairəsi üzrə nümayəndələrinin iştirakı ilə “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə” mövzusunda seminar keçirilmiş, seminar iştirakçılarına bu sahədəki qanunvericilik aktları barədə məlumat verilmiş və fəaliyyətlərində şəffaflığın təmin edilməsi və bu cür neqativ halların baş verməməsi ilə bağlı tapşırıqlar verilmişdir.
09 fevral 2024-cü il tarixdə “Ucar Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin inzibati binasında əlaqədar dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının məsul şəxslərinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda seminar keçirilmişdir.
29 mart 2024-cü il tarixdə “Ucar Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin inzibati binasında Ucar Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, Ucar rayonu üzrə Gənclər və İdman sektorunun məsul şəxslərinin və rayonun idarə və müəssisələrində çalışan vəzifəli şəxslərin iştirakı ilə “Korrupsiyaya yox deyək və iş təcrübəsində korrupsiya risklərinin azaldılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
24 aprel 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin inzibati binasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Rayon Komissiyanın və əlaqədar qurumların məsul şəxslərinin iştirakı ilə iclası keçirilmişdir. Milli Fəaliyyət Planının 6.2-ci bəndinə əsasən müzakirələr aparılmış, görülmüş işlər barədə hesabatlar dinlənilmiş və cəmiyyətdə bu sahədə məlumatlılığın artırılmasına yönəlmiş maarfləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Keçirilmiş tədbir Ucar Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Ucar Rayon İcra Hakimiyyəti yanında tərkibi müxtəlif vətəndaş cəmiyyətləri institutlarını təmsil edən və üzvlərinin sayı 7 nəfərdən ibarət olan İctimai Şura yaradılmışdır. İctimai Şura rayonun ictimai-siyasi həyatında, vətəndaşların problemlərinin öyrənilməsində yaxından iştirak edir.
Bildiririk ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Rayon Komissiyası əlaqədar dövlət qurumları, bələdiyyələr və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə birlikdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı birgə fəaliyyəti bundan sonra da davam etdirəcəkdir.
Xəyyam Səmədzadə - Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının katibi