Ucar rayonunda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı dəyirmi masa keçirilmişdir.
Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının təşkilatçılığı ilə Ucar Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin inzibati binasında dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qarşısının alınması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı rayonun hüquq mühafizə orqanlarının bir sıra idarə və təşkilatların, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbirdə korrupsiya qarşısında mübarizə sahəsində qarşıda duran vəzifələr korrupsiya risklərinin minimuma endirilməsi və bu cür halların baş verməməsi ilə bağlı müzakirələr aparılmış, çıxışlar edilmiş və tədbir iştirakçılarının maarifləndirilməsi təmin olunmuşdur.