Ucar rayonunda Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı maarifləndirmə tədbirləri keçirilmişdir
Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının təşəbbüsü ilə 05 dekabr 2024-cü il tarixdə Ucar “Gənclər evi” Sosial Xidmət Müəssisəsinin və Ucar Rayon Heydər Əliyev Mərkəzinin inzibati binalarında “Korrupsiyaya yox deyək” və “Korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması” mövzularında maarifləndirmə tədbirləri keçirilmişdir. Keçirilən tədbirlərdə yeni işə qəbul edilmiş dövlət qulluqçuları, dini icma rəhbərləri, həmin idarələrdə çalışan əməkdaşlar və hüquq mühafizə orqanlarının nümayəndələri iştirak etmişlər.
Keçirilən tədbirlərdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının katibi Xəyyam Səmədzadə, Rayon Polis Şöbəsinin təşkilatı inspektor qrupunun baş inspektoru Saleh Muştaqov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay Regional Bölməsinin aparıcı məsləhətçisi Rauf Nəsirov, Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova və Çiyni kənd məscidinin icma rəhbəri Zaur Eyvazov çıxışlar edərək korrupsiya hüquqpozmaları, korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması, rayon ərazisində vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri hökumət təşkilatları ilə birlikdə maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsi, korrupsiyaya qarşı rayon komissiyası, əlaqədar qurumlar və yerli özünüidarəetmə orqanları ilə birlikdə il ərzində təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və idarələrdə antikorrupsiya davranış modelinin formalaşması, rüşvətxorluq hallarına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi əhali arasında korrupsiya hüquqpozmaları ilə bağlı ictimai müzakirələrin aparılaraq korrupsiya hüquqpozmaları ilə bağlı videoçarxların, bukletlərin hazırlanaraq əhali arasında geniş yayılmasının təşviq edilməsi barədə iştirakçılara məlumatlar verilmişdir. Həmçinin yerlərdə korrupsiya və rüşvətxorluğa qarşı maarifləndirmə işlərinin davam etdirilməsi və bu sahəyə ictimai nəzarətin artırılmasının vacib olduğu qeyd olunmuşdur.
Tədbirin sonunda korrupsiyaya qarşı mübarizə ilə bağlı Ucar Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış videoçarx iştirakçılara təqdim olunmuşdur.