Ucar rayonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı rəsm müsabiqəsi və dəyirmi masa keçirilmişdir
Ucar rayonunda 13 oktyabr 2023-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı rəsm müsabiqəsi və dəyirmi masa təşkil olunub.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar Rayon Təhsil Sektorunun, Ucar Rayon Gənclər İnkişaf Mərkəzinin, Ucar Gənclər Evinin əməkdaşları, Uşaq Səfirlər Məclisinin nümayəndəsi və məktəblilər iştirak ediblər.
Rəsm müsabiqəsinin və dəyirmi masanın təşkil olunmasında əsas məqsəd uşaqların istedadlarının inkişaf etdirilməsi, yeniyetmə və gənclərin bilik və bacarıqlarının artırılması, dostuq və vətənpərvərlik hisslərinin aşılanması ilə yanaşı, Ulu Öndər Heydər Əliyevin zəngin irsini gənclər arasında təbliğ etməkdən ibarətdir.