Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirildi

25 may 2023 | 11:15

          25 may 2023-cü il tarixdə Ucar rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası və rayonda kütləvi sərbəstləşmənin və işsizliyin qarşısının alınması, vətəndaşların əmək hüquqları üçün təminat yaradılması və onların müdafiəsini təmin etmək məqsədilə yaradılmış məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilmişdir. İclasda 9 saylı Ərazi Vergilər İdarəsinin, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının və rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların nümayəndələri, sosial tərəfdaşlar, sahibkarlar iştirak etmişlər.

Keçidlər