Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib

16 oktyabr 2025 | 16:16

          16 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasını, habelə rayonda qeyri-formal məşğulluğun qaşısının alınması, işsizliyin azaldılması, vətəndaşların əmək hüquqları üçün təminat yaradılması və onların müdafiəsini təmin etmək məqsədilə yaradılmış Rayon İcra Hakimiyyəti yanında məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilmişdir.

          Rayon İcra Hakimiyyəti Başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vaqif Mehdiyevin sədrliyi ilə keçirilən iclasda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon Polis Şöbəsinin, Mərkəzi Aran Regional Məşğulluq filialının, Ucar Rayon Təhsil sektorunun, Ucar Rayon Statistika İdarəsinin, digər dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak etmişdir.

          İclasda qeyri-formal məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu sahədə olan problemlərin aradan qaldırılması, işaxtaran vətəndaşların məşğulluq problemlərinin həllinə nail olunması məqsədilə geniş müzakirələr aparılmış, təkliflər irəli sürülmüş və müvafiq qərarlar qəbul olunmuşdur.

          İclasın sonunda qarşıda duran vəzifələr və görüləcək işlər müəyyənləşdirilmişdir.

Keçidlər