Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Ailələrdə uşaqların erkən və qohumlar arası nikahlara cəlb edilməsi”, “Gender əsaslı zorakılıqla mübarizə” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar Rayon Lək kənd 1 nömrəli tam orta məktəbində 17 fevral 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları, Ucar Rayon İcra Hakimiyyətinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək “Narkomaniyaya yox deyək”, “Ailələrdə uşaqların erkən və qohumlar arası nikahlara cəlb edilməsi”, “Gender əsaslı zorakılıqla mübarizə” və “Dini radikalizm” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş və video çarx nümayış etdirilmişdir. Tədbirin sonunda fəal şagirdlər Ucar Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.