Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Erkən nikahlar və qohumlararası nikahın zərərləri” və “Dini radikalizm” mövzularında marifləndirici tədbir keçirilib
Ucar Rayonu İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 24 noyabr 2022-ci il tarixdə əlaqədar təşkilatlarla birlikdə Ucar rayonu, Çiyni kənd tam orta məktəbi və Məlikballı kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək”, “Erkən nikahlar və qohumlararası nikahın zərərləri” və “Dini radikalizm” mövzularında marifləndirici tədbir keçirilmişdir.
Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, hər iki məktəbin müəllim və şagirdləri bu sahədə marifləndirilmişlər. Tədbirin sonunda narkomaniyanın zərərləri barədə video çarx nümayiş etdirilmiş və fəal şagirdlər Ucar rayon Polis şöbəsi tərəfindən mükafatlandırılmışdır.