Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Məişət zorakılığının qarşısının alınması” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar Rayon Xələc kənd tam orta məktəbində 24 fevral 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları, Ucar Rayon İcra Hakimiyyətinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Məişət zorakılığının qarşısının alınması” və “Dini radikalizm” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmişdir. Tədbirin sonunda fəal şagirdlər Ucar Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.