Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Erkən və Qohumlar arasında nikahların mənfi nəticələri”, “Ailələrdə məişət zorakılığı” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir

03 fevral 2023 | 15:49

          Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar Rayon Qazyan kənd 1 nömrəli tam orta məktəbində 03 fevral 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları, Ucar Rayon İcra Hakimiyyətinin və digər əlaqədar qurumların məsul şəxsləri çıxışlar edərək “Narkomaniyaya Yox Deyək”, “Erkən və Qohumlar arasında nikahların mənfi nəticələri”, “Ailələrdə məişət zorakılığı” və “Dini radikalizm” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş və video çarx nümayış etdirilmişdir. Tədbirin sonunda fəal şagirdlər Ucar Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.

Keçidlər