Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniyanın ziyanları və “Ailələrdə məişət zorakılığının qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilmişdir

08 dekabr 2022 | 16:30

          Ucar Rayonu İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar Rayon Küçəkənd kənd tam orta məktəbində və Alpout kənd 1 nömrəli tam orta məktəbində 08 dekabr 2022-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Tədbirdə “Narkomaniyaya Yox Deyək”, “Erkən və Qohumlar arasında nikahlara cəlb etmə”, “Ailələrdə məişət zorakılığı” və “Dini radikalizm” mövzuları ilə bağlı iştirakçılar maarifləndirilmiş, müəllim və şagirdlərə mövzulara uyğun məlumatlar verilmiş və video çarx nümayış etdirilmişdir. Tədbirin sonunda fəal şagirdlər Ucar Rayon Polis Şöbəsi tərəfindən mükafatlandırılmışdır.

Keçidlər