Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.7-ci yarımbəndinin icrası ilə bağlı marifləndirici tədbir keçirilmişdir

22 aprel 2026 | 15:43

         Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupu və Ucar rayonu İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının bigə təşkilatçılığı ilə 22 aprel 2026-cı il tarixdə Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.7-ci yarımbəndində nəzərdə tutulmuş “Narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılması” mövzusunda marifləndirici tədbir keçirilmişdir.

         Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, Rayon İcra Hakimiyyəti Başçıs aparatının Hüquq və kadr məslələri sektorunun müdir, rayon komissiyasının katibi Xəyyam Səmədzadə, Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Tamara Mirişli və Ucar şəhər sakini, valideyn Sədaqət Soltanova mövzuya uyğun olaraq çıxış etdilər.

         Tədbir iştirakçıları, müəllim və valideynlər mövzuya uyğun olaraq maarifləndirilmiş, onlara videoçarx nümayiş etdirilmişdir.

         Tədbirin sonunda iştirakçılara və şəhər ərazisində vətəndaşlara əyani vəsaitlər və broşurlar paylanılmışdır.

Keçidlər