Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

06 noyabr 2022 | 16:22

          Ucar rayonu İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının iş planına əsasən 05 noyabr 2022 ci il tarixdə Ucar rayon Polis Şöbəsinin və Rayon Komissiyasının təşkilatçılığı ilə əlaqədar təşkilatlarla birlikdə Ucar rayonu, Qazıqumlaq 2 saylı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikahlar”, “Uşaq hüquqlarının qorunması” mövzularında marifləndirici tədbir keçirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, məktəbin müəllim və şagirdləri bu sahədə marifləndirilmişlər. Tədbirin sonunda fəal şagirdlər Ucar rayon Polis şöbəsi tərəfindən mükafatlandırılmışdır.

Keçidlər