Ucar rayonunda Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və ziyanları mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Ucar Rayonu İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın təşkilatçılığı ilə Ucar Rayon İcra Hakimiyyətinin iclas zalında 18 may 2022-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Respublika komissiyasının məsul işçisi Vasif Quliyev, rayon komissiyasının sədri və üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan şəxslər və əlaqədar qurumların nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş və bukletlər paylanmışdır.