Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Narkotiklərə yox deyək”, “Uşaqların Erkən nikahlara cəlb edilməsi” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir

08 fevral 2023 | 17:32

          Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə Ucar Gənclər Evi Sosial Xidmət Müəssisəsinin inzibati binasında rayonun bir qrup gənc və yeniyetmələrində 08 fevral 2023-cü il tarixdə maarifləndirici mövzuda dəyirmi masa keçirilmişdir.
           Maarifləndirmə tədbirində Ucar Rayon Polis Şöbəsinin, Ucar Rayon İcra Hakimiyyətinin və digər əlaqədar qurumların məsul şəxsləri çıxışlar edərək “Narkotiklərə Yox Deyək”, “Uşaqların Erkən nikahlara cəlb edilməsi” və “Dini radikalizm” mövzuları ilə bağlı tədbir iştirakçıları maarifləndirilmiş və onlara bu sahədə ölkəmizdə görülmüş işlər, qəbul edilmiş qanunvericilik barədə məlumatlar verilmişdir.

Keçidlər